SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün günorta saatlarında Sumqayıt şəhər Avtovağzalı ərazisində yanğın hadisəsi qeydə alınıb.

BAKU.WS xeberler.com-a istinadən xəbər verir ki, yanğın avtovağzal ərazisində uzun illərdir nəzarətsiz qalan ərazidə baş verib. Belə hasara alınmış ərazidə quru otlaq sahəsi alışıb.

Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb və yaxınlıqda olan avtomobillər ərazidən uzaqlaşdırılıb.

Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi ehtimal edilir.
 
BAKU.WS