SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) keçmiş üzvünün evindən külli miqdarda pul oğurlanıb. 

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunda baş verib.

Belə ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. Naməlum şəxs və ya şəxslər Ə.Şahmarovun mənzilindən 50 min manat və 20 min dollar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS