Bakıda iki gün əvvəl dənizdə batan həkimin meyiti tapılıb.

BAKU.WS-in məlumatına görə, avqustun 5-də Bakının Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki çimərlikdə batan, 26 yaşlı Anar Ramiz oğlu Mehdiyevin meyiti avqustun 7-də saat 02.00 radələrində Pirşağı çimərliyində aşkar edilib. Meyit ailəsinə təhvil verilib.
 
Qeyd edək ki, A. Mehdiyevin dənizdə batması ilə bağlı avqustun 6-da məlumat yayıb. A. Mehdiyevin həkim olduğu bildirilir.

Ziya Səccad
BAKU.WS