Bakının Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində yanğın olub.
BAKU.WS FHN-nin saytına istinadən xəbərinə görə, zirzəmidə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub.
Körpələr evinin qalan hissəsi yanğından mühafizə edilib.