SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.
 
BAKU.WS