Goranboyda şagird məktəbə qumbara gətirib.

BAKU.WS
Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd "F-1” qumbarası müəllimlər tərəfindən alınıb və Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

 Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildiriblər. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd "F-1” qumbarası aşkar edilərək götürülüb.

Ziya Səccad

BAKU.WS