VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Azərbaycan Ekspress Travel” MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilmiş cəmiyyətə məxsus 30.0 min manat məbləğində vəsaiti mənimsəyib.


Habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini əldə keçirib. Bütün bu ittihamlarda şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Ziya Səccad

BAKU.WS