VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Baş Prokurorluq oktyabrın 4-də Tərtər rayonunda valideynlərini öldürən şəxslə bağlı məlumat yayıb.

 

Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Cəmilli kənd sakini, 1988-ci il təvəllüdlü Qurban Nəsibovun valideynlərini qəsdən öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırmalara başlanıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçrilib. Maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

 

Aparılan istintaq zamanı 2013-cü ildən Tərtər Mərkəzi Rayon Xəstəxanasında "Reaktiv paranoid psixoz” diaqnozu ilə dispanser qeydiyyatında olan və əvvəllər məhkum edilmiş Qurban Nəsibovun qeyd edilən tarixdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı yatdıqları çarpayıda küt alətlə vuraraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

 


Q.Nəsibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.


Ziya Səccad

BAKU.WS