245 min manat vergi borcu olan "Uniklinika" işçilərinin maaşlarını gecikdirirmiş

245 min manat vergi borcu olan Uniklinika işçilərinin maaşlarını gecikdirirmiş
Hadisə 189

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığı barədə xəbərlər yayılıb.

Belə ki, vergi uçotuna "Unikal-A" Məhdud Məsuliyyəti Cəmiyyəti adı ilə alınan "Uniklinika"nın 245 min manatdan çox vergi borcu yaranıb.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, "Uniklinika"da işçilərin əməkhaqqları da gecikdirilir. Belə ki, sözügedən klinikanın bəzi əməkdaşları aylarla maaşlarını ala bilmirlər. Bunu sosial şəbəkədə "Uniklinika" ilə bağlı yayımlanan xəbərin şərh hissəsində rəy yazan şəxslər də təsdiqləyiblər.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 30 AZN olan "Uniklinika"nın ("Unikal-A" MMC, VÖEN nömrəsi: 1000411841) hazırda dövlətə 245 min 183 manat vergi borcu var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə...

72 Hadisə 18:44 02 may 2026

Son xəbərlər