SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin prezidenti Martin Şultsla birlikdə mindiyi lift işləməyib.
 
BAKU.WS-in məlumatına görə, iki prezident uzun müddət liftdə gözləməli olub. Buna səbəb isə hər iki rəhbərlə yanaşı, onların məsləhətçiləri də liftə minməyə çalışıb. Mühafizəçilərlə birlikdə 9 adamın mindiyi liftin qapısı bağlanmayıb.

Bu vəziyyəti görən Ərdoğan "bir nəfər düşsün" deyə xəbərdarlıq etməsindən sonra mühafizəçilərdən biri liftdən düşüb. Ancaq lift yenə də işə düşməyib. Bir müddət gözlədikdən sonra Ərdoğan və Şults liftlə aşağı enə biliblər. 
 
BAKU.WS