VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölünlərin sayı artıb.
 
Səhiyyə Nazirliindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir. Yaralıların sayı isə 10-a çatıb.

***10:03***

  
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
 
***09:32*** 
 
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

AzVision.az xəbər verir ki, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. İlkin ehtimala görə, "Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib. Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.  
 
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Eyni zamanda verilən məlumata görə, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.
 
VİDEO:Bakipost.az
BAKU.WS