SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda məcburi köçkün qətlə yetirildi.

ARB TV xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 57 yaşlı Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovu şişlə öldürüb.

Belə ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan Səxavət Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb.

Qarşı tərəfin söyüş söyməsi isə son hədd olub və Səxavət Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb. Hadisəni törədən şəxs saxlanılıb. 
 
BAKU.WS