24 yaşlı ana doğuşdan sonra ölüb

24 yaşlı ana doğuşdan sonra ölüb
Hadisə 75

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, S.Əsədovanın ikinci hamiləliyi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər