VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Saxta spirtli içkilər düzəldib satan şəxslər saxlanılıb.
  
ARB TV xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub. 

Keçirilən əməliyyat tədbiri nəticəsində fakt öz təsdiqini tapıb və Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayevlə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyən edilib. 

Məkandan keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, qablaşdırılmada istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb. 

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları içkiləri paytaxtla yanaşı,respublikanın rayonlarında da satmaq istəyiblər.
 
Nəsimi Əhmədov (saxlanılan şəxs) : "Kafelərdən butulkaları yığırdım. Su ilə spirti qatıb araq düzəldib, xarici araq adı ilə satırdım. Viskini isə araq və konyakı doşabla qarışdıraraq düzəldirdim".

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
 
BAKU.WS