Bakıda yaşayış binasında baş vermiş yanğında bir nəfər ölüb
18
avq
2024
10:58
Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda binada yanğın: Bir nəfər ölüb, 25 sakin təxliyə edildi - VİDEO
Bakıda yaşayış binasında yanğın olub, ölən var. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı...