Tovuzda Kürdə batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb
14
avq
2024
16:50
İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə BAKU.WS-ə məlumat verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Kürdə batan şəxslərin axtarışına SOCAR-ın xüsusi texniki vasitələri cəlb olunub - VİDEO
Xəbər verildiyi kimi, 2 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisind...