Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb
Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub:
"Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib"
Oxşar xəbərlər
Cəlilabadda iki həmkəndlinin suda boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB 2
Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabadın...