“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - VİDEO - YENİLƏNİB 4

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
*** 15:02
“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzindəki yanğın tam söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 15:02
“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzindəki yanğın qısa müddətdə məhdudlaşdırlıb.
Bu barədə FHN-dən BAKU.WS-ə bildirlib. Qeyd edilib ki, FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırlıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
*** 14:56
“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzindəki yanğın hər iki istiqamətində yolda sıxlığa səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.
***14:50
Paytaxtda obyekt yanır.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Bildirilib ki, yanğın Neftçilər prospektində baş verib.
Yanğının ərazidə fəaliyyət göstərən iaşə obyektlərindən birində baş verir.
BAKU.WS hadisə yerindən görüntülər təqdim edir:
Oxşar xəbərlər
Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - YENİLƏNİB-2 - SİYAHI
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının...