Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb
28
iyl
2024
16:47
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.
Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib - TƏFƏRRÜAT- YENİLƏNİB
Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il tə...