Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələn qəzanın səbəbi bilindi - YENİLƏNİB - VİDEO

Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələn qəzanın səbəbi bilindi - YENİLƏNİB - VİDEO
Video
Hadisə 621

Bakı-Sumqayıt yolunda baş vermiş qəzanın bəzi təfərrüatı məlum olub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən sürücü ailəsi ilə birlikdə Laçından gəlib.

Sürücünün bildirdiyinə görə, şəhərə qayıdan zaman idarə etdiyi "Mercedes" markalı avtomobilin sükanı arxasında yuxulayıb və avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Sürücü hadisə şahidlərinə bildirib ki, avtomobil zərbə ilə ağaca çırpıldıqdan sonra ayılıb.

Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı Südabə Əbdül qızı Yusifova və onun nəvəsi hadisə yerində ölüblər.

***18:07

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin bir ailənin üzvləri olduğu məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Yusifova Südabə Əbdül qızı və onun nəvəsi hadisə yerində ölüb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Son xəbərlər