VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda qadın kişini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Belə ki, marketə müştəri kimi daxil olan 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğlu ilə Ceyran adlı satıcı qadın arasında mübahisə düşüb. Y.Ağaverdiyev mağazadakı qiymətlərin bahalığından şikayət edib. Bundan hirslənən satıcı Y.Ağaverdiyevə bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs qonşudurlar.
 
BAKU.WS