SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 15 yaşlı oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 B ünvanında yerləşən binada qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Abdullayev Emil Bayram oğlu evə gedərkən binanın blokunda tanımadığı şəxs tərəfindən hücuma məruz qalıb. Naməlum şəxs E.Abdullayeva bir bıçaq zərbəsi vuraraq onun telefonunu əlindən alıb. E.Abdullayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyət qənaətbəxşdir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS