SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Xətai rayonunda yerləşən "Luna Park" əyləncə mərkəzində 22 yaşlı oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, "Luna Park"da oturacaqlardan birinə əyləşən 1994-cü il təvəllüdlü Seyfullayev Raul Mehman oğluna tanımadığı şəxs yaxınlaşıb və aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs R.Seyfullayevə iki bıçaq zərbəsi vurub və ərazidən qaçaraq uzaqlaşıb.

R.Seyfullayev "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Aydın Əsgərovu tutub.
 
BAKU.WS