Sumqayıtda dənizdə bir nəfər batıb
15
iyl
2024
19:28
Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
"Report" xəbər verir ki, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Kamal Mirzə oğlu Nəbiyəvdir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Fatmayı kəndi yaxınlığında dənizdə batan şəxsin meyiti çıxarılıb - YENİLƏNİB - VİDEO
Avqustun 27-də Abşeron rayonu, Fatmayı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin bat...