VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda daha bir nəfər dənizdə batıb.

BAKU.WS xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "1001 Gecə” restoranı millət vəkili Hüseynbala Mirələmova məxsusdur.

BAKU.WS