Məşhur iş adamının restoranında dava: Davada vəzifədə işləmiş şəxs də olub - YENİLƏNİB/VİDEO

Bakıda yerləşən "Hollywood" restoranında baş verən hadisənin detalları məlum olub.
Administrator Azər Nəcəfovun sözlərinə görə, yaxın iki-üç gün ərzində restoranda cinayət hadisəsi baş verməyib:
"Belə bir hadisə təxminən bir ay öncə baş verib, lakin bıçaqlama hadisəsi olmayıb. Sadəcə aralarında sözlə mübahisə olub, onlar bir-birilərinə yaxın gəlməyiblər. Zeynal Usubovu heç kim bıçaqla vurmayıb".
Qeyd edək ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
***12.07.2024 20.30
Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanma hadisəsi zamanı xəsarət aldığı bildirilən sabiq prokurorluq əməkdaşı Zeynal Usubov məsələ ilə bağlı açıqlama verib.
"Qafqazinfo"ya danışan Z.Usubov hadisənin ona aidiyyəti olmadığını, ümumiyyətlə heç bir xəsarət almadığını bildirib:
"Mənimlə bağlı heç bir hadisə olmayıb. İndi idman zalındayam, gəlib görsünlər ki, o xəsarət mənim haramdadır? Davada iştirak edənləri tanıyıram, amma nədənsə mənim adım hallanıb.
Düzdür, dava zamanı obyektdə olmuşam, amma onların yanında olmamışam. Hadisənin mənə aidiyyəti yoxdur. Hadisə də yeni deyil, bir ay əvvəl olub. Özüm də bir ay idi Azərbaycanda yox idim, sərhədkeçməni yoxlaya bilərlər, iki gündür gəlmişəm".
Qeyd edək ki, Zeynal Usubov 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub. O, Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Keçmiş müstəntiq: “Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi...