Bağçada uşağa şiddət qalmaqalı - Bağça rəhbərliyi və tərbiyəçi polisə çağırıldı - YENİLƏNİB - VİDEO
Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunub.
Bu barədə BAKU.WS-ə açıqlamasında DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
"Onların izahatları alınıb. Barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - deyə E. İbrahimov qeyd edib.
***14:27
310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib:
"Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".
"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd edilib.
***12:39
Bakıda bağçada uşaqlara qarşı fiziki zorakılıq törədildiyi iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Şikayətçinin sözlərinə görə, söhbət Sabunçu rayonu 310 saylı uşaq bağçasından gedir.
İddia olunur ki, bağçada uşaqlara qarşı fiziki zorakılıq göstərilir.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...