Xətaidə binada yanğın oldu - FHN hadisə yerində - VİDEO

Xətaidə binada yanğın oldu - FHN hadisə yerində - VİDEO
Video
Hadisə 165

BAKU TV-nin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğınla bağlı hadisə yerinə yollanıb.

Onlar ərazidən olan son məlumatları çatdırırlar.

***

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 17:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər