Lənkəranda ağır yol qəzası olub, yaralılar var - FOTO

Lənkəranda ağır yol qəzası olub, yaralılar var - FOTO
Foto
Hadisə 46

Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "Azsamand" və "Volkswagen" markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər