SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qəza nəticəsində ölən sərnişinin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malik olduğu dəqiqləşdirilib.

Qəza zamanı xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Cəfərov Ayxan Qabil oğlu və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

***12:17
Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
 
Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA