SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Hacıqabul rayonuna güclü sel gəlib.

BAKU.WS-in məlumatına görə, nəticədə evlər uçmaq təhlükəsi altındadır.

Sel nəticəsində bir çox yaşayış sahələri su altında qalıb və ciddi ziyan görüb.

Qeyd edək ki, FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.

Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilib.

BAKU.WS
VİDEO