SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.

Qeyd edək ki, mübahisə şəxsi zəminində baş verib və tərəflər yeznə-qayındır.

Bıçaqlanan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***10:08

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona hər iki çanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS