Gəncədə partlayış zamanı Samux sakin ağır yanıq xəsarətləri alıb

Gəncədə partlayış zamanı Samux sakin ağır yanıq xəsarətləri alıb
Hadisə 42

Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1969-cu il təvəllüdlü R.Hüseynov qaynaq işi görən zaman ehtiyatsızlıqdan baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirildiyindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər