Sumqayıtda müəssisədə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
"Sumqayıtda dezinfeksiyadan zəhərlənən yeddi nəfərdən ikisi Kliniki Tibbi Mərkəzə təxliyə olunublar".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda bildirilir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
"Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".
***08:30
Sumqayıtda dezinfeksiyadan beş nəfər zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.
Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Kəmalə Aqil qızı Mənsimova, 1975-ci il təvəllüdlü Könül Səfər qızı Şərifova, 1981-ci il təvəllüdlü Qəribə Əlövsət qızı İsrafilova, 1978-ci il təvəllüdlü Şəfa Bəhram qızı Gülməmmədova və 1986-cı il təvəllüdlü Zülfiyyə Sədrəddin qızı Maralova işlədikləri müəssisədə həşərat əleyhinə edilən dezinfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Baş prokuror Perinatal Mərkəzdəki yanğının təfərrüatını açıqladı: “7 dəqiqə sonra...” - YENİLƏNİB + FOTO/VİDEO
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb”. Oxu.A...