Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar rayon sakinləri, 1995-ci il təvəllüdlü Alışov Elvin Məhərrəm oğlu, 1984-cü il təvəllüdlü Alışova Aynur Nəsib qızı, 1995-ci il təvəllüdlü Əsgərova Aysel Natiq qızı, 2014-cü il təvəllüdlü əsgərli Zeynəb Rahim qızı, 2014-cü il təvəllüdlü Alışov Nəsib Elvin oğlu və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Cəfərov Vüqar Bəyalı oğludur.
Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
***20:13
Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...