Ağdamda velosiped sürən 15 yaşlı uşağı maşın vurdu - FOTO
23
iyn
2024
19:48
Ağdamda minik avtomobili velosipedlə hərəktdə olan 15 yaşlı uşağı vurub.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən 90-UX-771 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan V.Hüseynli Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım gösdərildikdən sonra vəziyyəti ağır olduğundan Bərdəyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
“MTN işi”ndə şahid “ölüm iynəsi” ilə hədələndiyindən danışdı: “Dedi ki, qorxmursan, başınıza iş gələr?
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci...