Tovuzda qəza oldu - Xəsarət alanlar var
19
iyn
2024
19:40
Tovuzda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
"VAZ-21011" markalı avtomobil "Belarus" markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində "VAZ -21011"-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.
Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.
Faktla baglı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə ağır qəza: “Hyundai” yol kənarında dayanmış VAZ-a çırpıldı - VİDEO
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə barədə məlumat və görüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, qəza bu gün səhər saat 07:00 radələrində şəhə...