Bakıda 6 övladı olduğunu deyən kişi körpəsi ilə dilənir - AÇIQLAMA

Bakıda metronun "Nizami" stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Cəfər Cabbarlı küçəsindən gedir.
Orta yaşlı kişinin qucağında körpə uşaqla hər gün saat 22-23 radələrində bura gələrək, diləndiyi iddia edilir.
İlkin məlumatlara görə, o, onunla maraqlananlara 6 övladının olduğunu və onları dolandırmaq üçün hər gün 6 aylıq körpəsi ilə bura dilənməyə çıxdığını deyir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb:
"Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məsələ araşdırılır".
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...
