Bərdədə qidadan zəhərlənən altı azyaşlının son durumu məlum oldu
Bir neçə gün əvvəl Bərdə rayonunun Zümürxan kəndində qidadan zəhərlənən altı azyaşlı evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"16.06.2024-cü il tarixində 6 nəfər (hər biri qadın cinsi olmaqla) qidadan zəhərlənmə şübhəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Bərdədə altı uşaq xəstəxanalıq oldu
Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş...