SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Bu barədə "Report"a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. Uzun illər Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

BAKU.WS