SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Lökbatan dairəsində ağır yol qəzası baş verib.

Bu barədə BAKU.WS-in hadisə körpünün üstündə, rayondan qayıdan "Ford" markalı avtomobilin "KamAZ" yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) BAKU.WS-ə bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili yolda dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS