SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl həbs edilən, daha sonra azadlığa buraxılan müğənni Castin Timberleyk ilk dəfə açıqlama verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o həmin an yaşadıqlarının həyatının ən çətin günləri olduğunu qeyd edib.

“Mənim üçün çox ağır günlər oldu. Bəzən sevilməsi çox çətin biri olduğumu bilirəm. Amma məni yenə də sevirsiniz. Biraz eniş-yoxuşlarımız oldu. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm” -deyə Timberleyk bildirib.

İfaçının yaxın qohumlarından birinin “People”a verdiyi açıqlamada Castinin həbsə düşdüyü zaman dəli olmağa başladığı və gecə sabaha kimi oyaq qaldığı qeyd edilib:

“O, həbsdə olarkən dəli olub və bütün gecə sabaha qədər oyaq qalıb. Yalnız bir şüşə içki içib”.

Xatırladaq ki, amerikalı müğənni sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Nyu-York ətrafında həbs edilmişdi. Hadisə iyunun 17-də axşam saatlarında Hemptonsda (Nyu-York ətrafı) baş vermişdi.

BAKU.WS
QALEREYA