SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

***22:49

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS