SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib.

Qeyd olunub ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü A.R. aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Araşdırma aparılır.

***21:34

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS