23 il əvvəl Rusiyada birgə yaşadığı qadının atasını bıçaqladığı üçün HƏBS OLUNDU

23 il əvvəl Rusiyada birgə yaşadığı qadının atasını bıçaqladığı üçün HƏBS OLUNDU
Hadisə 67

Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu gün 1976-cı il təvəllüdlü Lənkəran rayon sakini Samir Hüseynov (ad və soyad şərtidir) barəsində hökm çıxarıb.

Təqsirləndirilən şəxs 2002-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində törətdiyi qəsdən adam öldürmə cinayətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə), 120.2.4 (xüsusi amansızlıqla) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsə qarşı) maddələri ilə təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

BAKU.WS-in məlumatına görə, hadisə 2002-ci ilin oktyabr ayında Sankt-Peterburq şəhərində baş verib.

Təqsirləndirilən şəxs, faktiki nikah münasibətlərində olduğu rusiyalı qadının ailəsi ilə mübahisə zamanı sərxoş vəziyyətdə qayınatası Aleksey Fasiyi (1963-cü il təvəllüdlü) bıçaqla üç dəfə vurub. Zərərçəkmiş ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məhkəmə qeyd edib ki, cinayət xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və zərərçəkmişin köməksiz (ağır sərxoşluq) vəziyyətində törədilib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməyib və iddia edib ki, hadisə özünümüdafiə nəticəsində baş verib. Lakin məhkəmə bu ifadəni qeyri-obyektiv hesab edib və sübutları nəzərə alaraq cinayət tərkibini tam təsdiqləyib. Zərərçəkmişin hüquqi varisi (arvad İlgiz Fasiy) mülki iddia qaldırmayıb.

Son xəbərlər