SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Sentyabr ayından etbarən kəskin limfoblastik leykoz xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə bir neçə gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Trepevtik klinikasının reanimasiya şöbsinə yerləşdirilib.
 
BAKU.WS-in Asan xidmətin radiosuna istinadən verdiyi xəbərə görə, hepatoloq və reanimatoloq tərəfindən bütün mümkün tədbirlər görülür. Hazırda Şahin Zəkizadə dərin komadadır, vəziyyəti ağırdır. Amma həkimlər xəstənin vəziyyətinin düzələcəyinə ümid edirlər. Həkimin sözlərinə görə, xəstəyə bütün müasir müalicə üsullarının tətbiq edilməsinə baxnayaraq xəstəlik bir müddətdən sonra daha da aqressivləşərək inkişaf edib.
 
Onun gələcək vəziyyətinin necə olacağını isə yalnız vaxt göstərəcək. Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə isə Şahinin vəziyyətinin düzələcəyinə və onun sağalcağına ümid etdiyini bildirib.  

Arzu Mirzəyeva 
BAKU.WS