SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron polisi, günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib.
 
BAKU.WS xəbər verir ki, əslən Masallı rayonundan olan 42 Yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi bildirib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev ,çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlıyıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır. 

Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan Şamaxinkaya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşakən avtomobillərdən birinin kamerasına yaxalanıb.

Video: interAz TV
 
Aynur Ələkbərova
BAKU.WS