VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı Metropoliteninin "Gənclik" stansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib.

BAKU.WS sputnik.az-a istinadən bildirir ki, Bakı Metropoliteninin polis əməkdaşları intiharın qarşısını ala biliblər.
 
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib.
 
Qızın şəxsiyyəti müəyyənləşib - o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib.
 
"İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində oxşar hadisə baş vermişdi. Qız sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular", - deyə polisdən bildirilib.