VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Abşeron polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfərin qoluna qandal vurub. Həbs edilən dəstə üzvlərindən ikisi isə ata ilə onun doğma qızıdır.

ANS TV-nin məlumatına görə, polislər üçün sıradan bir əməliyyat olsa da, diqqət çəkən məqamın ifşa edilən qrup üzvərindən ikisinin ata ilə qızının olmasıdır. Rayon polis idarəsinin əməliyyatçıları Azər Rzayevi, onun qızı Ülviyyəni, eləcə də Ülviyyənin tanışı Royal Əliyev və Elman Həsənovu qandallayaraq istintaqa təhvil veriblər.

İdarəyə gətirilən şəxslərin üzərinə baxış zamanı hər birindən ayrı - ayrılıqda narkotik vasitə aşkarlanıb. 48 yaşlı Azər Rzayevin bundan əvvəl də narkotik vasitələrindən istitafədəyə görə məhkumluq həyatı yaşadığı ortaya çıxıb. Özünün dediyinə görə 3 il məhkumluq həyatı yaşadıqdan sonra bir müddət bu bəladan uzaq olub.

Üzərindən narkotik maddə olan heroin çixan Azərin, polis əməkdaşları bundan daha böyük qəbahətini üzə çəxarıblar. Məlum olub ki, onunla yanaşı saxlanılan qızı - 25 yaşlı Ülviyyəni də bu pis əməllərə elə özü vadar  edib. Hətta ehtimal olunur ki, ata qızından narkotik vasitəni başqa şəxslərə çatdırılmasında da istifadə edib.

Bu ailə ilə daha yaxından tanışlığı olan Röyal Əliyevin üzərindən də eyni narkotik maddə heroin çixib. 25 yaşlı Röyalın sözlərinə görə hazırda Azər Rzayevin həbsdə olan oğlu ilə dost olub və ailəyə də gediş - gəlişi burdan yaranıbmış. Elman Həsənov isə əməlindən peşman olduğunu dilə gətirməklə kifayətləndi.

Abşeron polisi hazırda saxlanılan şəxslərin aşkar edilən narkotik vasitələrini kimlərdən aldıqlarını araşdırır.
 
BAKU.WS