Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
24
apr
2024
21:23
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, binanın 5-ci mər...